Şərtlər və Qaydalar

Asya Rovshen Academy MMC tərəfindən təqdim edilən xidmətlər yalnız saytda müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər üçün əlçatandır.

Sizə bildirilir ki, Asya Rovshen Academy MMC öz fəaliyyətini AR qüvvədə olan qanunvericiliyi əsasında qurmuşdur. Sayt vasitəsilə bağlanan əqdlər AR Mülki Məcəlləsi və Elektron Ticarət haqqında qanuna əsaslanır.
Asya Rovshen Academy MMC Sizinlə müqavilə bağlamazdan öncə daxil etdiyiniz şəxsi məlumatların istifadəsinə dair razılıq alır. Bağlanan müqavilənin standart şərtləri ilə burdan tanış ola bilərsiniz:

Müqavilə elektron formada yalnız gücləndirilmiş imza ilə bağlanır. Gücləndirilmiş elektron imza imkanınız olmadıqda, müqavilə kağız daşıyıcıda imzalanır. Təqdim etdiyiniz şəxsi məlumatlarınız Asya Rovshen Academy MMC-nin məlumat bazasında saxlanılır və lazım olduqda təkrar istifadə edilə bilər. Qeyd edilir ki, daxil etdiyiniz e-mail ünvanı Asya Rovshen Academy MMC tərəfindən reklam və məlumatlandırma məqsədləri üçün istifadə edilir. Bunu istəmədiyiniz təqdirqə müvafiq imtina düyməsini sıxmaqla e-mail ünvanını həmin siyahıdan çıxara bilərsiniz.

Diqqətinizə çatdırılır ki, Asya Rovshen Academy MMC hər bir müştəri ilə individual müqavilə bağlayır və bunun üçün müştərinin şəxsiyyətini təsdiq edən məlumatlar tələb olunur.

Platformamızdan hər hansı bir məlumatın kopyalanması və ya digər mənbələrdə paylaşılması qadağandır.

Təlimlər yalnız ödəniş edildikdən sonra aktivləşir. Ödənişlər mobil bank vasitəsilə, nağdsız qaydada həyata keçirilir. Hər hansısa təlim üçün edilən bron ödəməsi geri qaytarılmır.

Təlimlər müvafiq müddət ərzində TELEGRAM platformasında aktiv olur. Platformaya keçidi profilinizdə görə bilirsiniz. Eyni zamanda, ödəniş etdiyiniz zaman menecerlərimiz sizə Whatsapp platforması vasitəsilə də təlim linkini göndərir. Təlimlərə girişiniz öncədən təyin edilən vaxt müddətində keçərli olur.

Təlimlərin video yazıları arxivdə paketinizdə yazılan müddətində saxlanılır. Təlimə təyin edilmiş vaxtda qoşulmamaq, təlimin yenidən keçirilməsi üçün əsas deyil və Asya Rovshen Academy MMC üçün heç bir məsuliyyət yaratmır.

Asya Rovshen Academy MMC-nin rəsmi məlumatları, əlaqə vasitələri və ünvanı barədə məlumat İmprint bölməsində yerləşdirilmişdir.
Asya Rovshen Academy MMC bildirir ki, təlimlər məlumat vermək məqsədi daşıyır. Asya Rovshen Academy MMC həmin məlumatların tam olmasına görə məsuliyyət daşıyır. Müştərinin həmin məlumatlara yiyələnməsinə və nəticəyə görə zəmanət vermir.Əlavə olaraq, təlimlər psixolojik kömək məqsədi daşımır.

Asya Rovshen Academy tərəfindən sizinlə əlaqə yaratmaq üçün yalnızca 0556633009 , 0993063009 nömrəsindən istifadə edirik.