"Asya Rovshen Academy" komandası olaraq istifadəçilərimizin şəxsi məlumatlarının qorunmasına tam zəmanət veririk.
Şəxsi məlumatlar deyildikdə istifadəçilərin qeydiyyatdan keçərkən və xidmətlərimizdən istifadə zamanı bizə təqdim etdikləri məlumatlar nəzərdə tutulur.
Sizin təhlükəsizliyinizi təmin etmək, şəxsi məlumatlarınızın qorunması üçün bütün texniki tədbirləri görmək şirkətimizin öhdəliyindədir.
İstifadəçilərimizin təqdim etdikləri şəxsi məlumatlar yalnız onların icazəsi olduğu təqdirdə üçüncü tərəfə təqdim edilə bilər. Şirkətimiz vasitəsilə aldığınız təlimlərdə qrup formatında açıq şəkildə paylaşdığınız məlumatlara görə isə məsuliyyət daşımırıq. Habelə, açıq qrup sessiyalarında paylaşılan hər hansı məlumat qruplar daxilində məxfi olma statusundan artıq çıxmış sayılır.
Təqdim edilmiş məlumatlardan komandamız yaranmış hüquqi problemlərin həlli üçün istifadə edə bilər.
Bu məlumatlardan reklam materiallarının sizə göndərilməsi, məhsul və xidmətlərimiz haqqında informasiya və təbliğat zamanı istifadə etməyimiz mümkündür.
Komandamız bizə təqdim etdiyiniz məxfi kart məlumatlarınızı heç bir halda özündə saxlaya və ya icazəniz olmadan istifadə edə bilməz.
Bizə təqdim edilmiş şəxsi məlumatların qorunmasına görə tam məsuliyyət daşıyırıq və yaranmış problemlərin həlli bizim öhdəliyimizdədir.
Asya Rovshen Academy Məhdud Məsuliyyətli Cəmiyyəti
Ünvan: AZ1022, BAKU CITY NASIMI DISTRICT, A.SALAMZADA, house 110B, m. 191
Telefon: +994 556633009
E-poçt: asyarustamli@gmail.com
Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi: 1407072661
Qeydiyyatdadır: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Direktor: Asya Rüstəmli
Məlumat: Bu veb-saytda verilən məlumatlar yalnız ümumi məlumat məqsədləri üçündür. Məzmunu dəqiq və aktual saxlamağa çalışsaq da, Bizz Academy Məhdud Məsuliyyətli Şirkəti məlumatın tamlığı, dəqiqliyi, etibarlılığı, uyğunluğu və ya mövcudluğu ilə bağlı hər hansı bir ifadə və ya zəmanət vermir.
Xəbərdarlıq: Bizz Academy Məhdud Məsuliyyətli Cəmiyyəti bu saytla əlaqəli və ya istinad edilən xarici vebsaytların məzmununa görə məsuliyyət daşımır. Bu internet saytından istifadə ilə bağlı yaranan hər hansı hüquqi mübahisələr Azərbaycan Respublikasının məhkəmələrinin yurisdiksiyasına aiddir.